Bakı. Trend:
İran prezidenti Məsud Pezeşkian BRİCS-in zirvə toplantısında iştirak etmək üçün Rusiyanın Kazan şəhərinə səfər edəcək.
Trend xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali məlumat verib.
Həmçinin, toplantı çərçivəsində onun Rusiya Prezidenti Vladimir Putin ilə də görüşü planlaşdırılıb.
“Bu səfərin ikitərəfli münasibətlərimiz üçün faydalı və uğurlu olması üçün, hazırda biz səfərin hazırlıq işləri ilə məşğuluq”, - səfir bildirib.
O, həmçinin, digər liderlərlə, İran icması ilə ikitərəfli görüşlərin və toplantıda çıxışın planlaşdırıldığını qeyd edib.