Bakı. Trend:
ABŞ ordusu hipersəs silahlarının növbəti sınağını keçirməyə hazırlaşır.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, uzaqmənzilli hipersəs silahlarının yeni sınağını 2024-cü ilin sonuna qədər keçirmək planlaşdırılır. Söhbət ABŞ ordusunu və Hərbi Dəniz Qüvvələrini təchiz etmək üçün hazırlanan “Dark Eagle” raket sistemindən (LRHW) gedir.
“Dark Eagle” hipersəs raketi saatda təxminən 6 min kilometr sürətlə uçmağa qadirdir. O, hündürlükdə manevr edə bilir ki, bu da raketdən müdafiə sistemlərinin raketi aşkarlamasını çətinləşdirir.
Raketin layihə uzaqlığının 2775 kilometr olduğu bildirilir.