Bakı. Trend:
Rusiya tərəfi oktyabr ayında Kazanda keçiriləcək BRICS sammitində İran prezidenti Məsud Pezeşkianı gözləyir.
Trend xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Əhmədianla görüşü zamanı bildirib.
"Rusiya ilə əməkdaşlığın İranın yeni prezidenti cənab Məsud Pezeşkianın komandası üçün prioritet olaraq qaldığını qiymətləndiririk və onu oktyabrın 22-24-də Kazanda BRİCS sammitində gözləyirik", - Putin qeyd edib.