Bakı. Trend:
Rusya FTX Moskvadakı Britaniya səfirliyinin siyasi şöbəsinin 6 əməkdaşının akkreditasiyasını dayandırıb.
Trend bu barədə rus KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, Böyük Britaniya XİN-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktorluğu Rusiya və MDB ölkələrinə zərbə vurmaq üçün xüsusi xidmətə çevrilib.
“Rusiya xüsusi xidmət orqanı tərəfindən əldə edilmiş sənədlər Londonun beynəlxalq hərbi-siyasi vəziyyətin gərginləşməsini əlaqələndirdiyini təsdiqləyir. Bu səbəbdən qurum fəaliyyətlərində kəşfiyyat və təxribat işinin əlamətləri aşkar edilən Britaniya diplomatlarının Rusiyaya ezamiyyətlərinin vaxtından əvvəl dayandırılmasına çalışacaq”, - məlumatda qeyd olunub.