Bakı. Trend:
Fransa Xarici İşlər Nazirliyi Rusiyaya ballistik raketlərin verilməsi ilə bağlı yayılan xəbərlər səbəbindən İranın ölkədəki müvəqqəti işlər vəkilini Parisə dəvət edib.
Trend xəbər verir ki, bu barədə “France 24” nəşri məlumat yayıb.
Bildirilib ki, Fransa Xarici İşlər Nazirliyi İranın ölkədəki müvəqqəti işlər vəkilini çağırıb. Raketlərin verilməsi ilə bağlı ittihamlar müzakirə edilib.
Xatırladaq ki, ABŞ-nin Dövlət katibi Entoni Blinken bildirmişdi ki, Rusiya İrandan ballistik raketlər alıb və bunları Ukraynaya qarşı müharibədə istifadə etməsi ehtimal olunur. İran isə bu ittihamları rədd edib.