Bakı. Trend:
İspaniyanın Kataloniya bölgəsini meşə yanğını bürüyüb: əsas magistral və yüksək sürətli dəmir yolu əlaqələri bağlanıb.
Trend xəbər verir ki, İspaniyanın Kataloniyasının şimalında baş verən meşə yanğını fövqəladə hallar xidmətlərini əsas AP-7 magistralını və yüksəksürətli dəmir yolu xətlərini bağlamaq əmrini verməyə məcbur edib.
Yanğınsöndürmə xidmətlərinin bildirdiyinə görə, Girona yaxınlığındakı Aqullanda meşə yanğını AP-7 avtomobil yolunun və Figueresdən Fransa sərhədinə qədər yüksək sürətli qatar xəttinin bağlanmasına səbəb olub.
Meşə yanğınının söndürülməsinə 27 yanğınsöndürən maşın və 7 aviasiya bölməsi göndərilib.
“Biz meşə yanğınını söndürməyə çalışırıq. Biz Figueresdən Fransa sərhədinə qədər hər iki istiqamətdə AVE və AP-7 dəmir yolu xətlərində hərəkətin bağlanmasını xahiş etmişik”, – yanğınsöndürmə xidmətinin bəyanatında deyilir.