Bakı. Trend:
İsrailin Livanla sərhəddəki vəziyyəti sabitləşdirmək üçün "Hizbullah" hərəkatına qarşı hərbi əməliyyat həyata keçirməsi qaçılmazdır.
Trend-in məlumatına görə, bunu İsrailin müdafiə naziri Yoav Qalant ölkəyə səfər edən ABŞ prezidentinin enerji və investisiyalar üzrə köməkçisinin müavini və baş müşaviri Amos Hokstin ilə görüşü zamanı bildirib.
“Şimaldakı sakinlərin evlərinə qayıtmasının yeganə yolu hərbi əməliyyatdır”, - deyə Qalant qeyd edib.