Bakı. Trend:
ABŞ prezidenti Co Bayden Avstraliyanın baş naziri Entoni Albanese ilə görüş zamanı Hind-Sakit okean regionunda ikitərəfli əməkdaşlıq və tərəfdaşlıq məsələlərini müzakirə edib.
Trend-in məlumatına görə, bu barədə Ağ evdən bildiriblər.
Qeyd olunub ki, tərəflər, xüsusən, "Çin Xalq Respublikası ilə diplomatik münasibətlərini müzakirə ediblər və Çinin Cənubi Çin dənizi də daxil olmaqla, məcburi və sabitliyi pozan fəaliyyətləri ilə bağlı narahatlıqlarını bölüşüblər".
Bildirilib ki, C.Bayden və E.Albanese “azad və açıq Hind-Sakit Okean üçün” AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ) çərçivəsində əməkdaşlığın vacibliyini bir daha təsdiqləyiblər.