Bakı. Trend:
ABŞ-də "Helen" qasırğasının fəsadları nəticəsində ölənlərin sayı 202-yə çatıb.
Trend-in məlumatına görə, bu barədə "NBC" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, ölənlərin təxminən yarısı Şimali Karolina sakinləri olub.
ABŞ-nin Fövqəladə Hallar üzrə Federal Agentliyi CNN-ə bildirib ki, itkin düşənlərin və ölənlərin son sayı hələ müəyyən edilməkdədir.
"Helen" qasırğası elektrik şəbəkəsinə ciddi ziyan vurub. "poweroutage.us" portalı bildirib ki, 1 milyona yaxın insan işıqsız qalıb.