...

İspaniyada 182 milyon avroluq dələduzluq ittihamı ilə 14 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 8 Oktyabr 2024 05:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya hüquq-mühafizə orqanları karbohidrogen sektorunda fırıldaqçılıqla mübarizə üzrə genişmiqyaslı əməliyyat həyata keçirib.

Trend xəbər verir ki, əməliyyat çərçivəsində indiyədək 14 nəfər saxlanılıb.

Məlumata görə, şübhəli şəxslər son iki il ərzində 182 milyon avro məbləğində dələduzluq edən şəbəkənin üzvləri kimi tanınırlar. İspaniyanın müxtəlif əyalətlərində, o cümlədən Madriddə, onlara məxsus evlər və şirkət binalarında artıq 11 axtarış aparılıb.

Prokurorluq bildirir ki, istintaq altındakı qrupun cinayət strukturu olduqca mürəkkəbdir və onun yüksək səviyyədə təşkil edildiyi diqqəti çəkir.

Xəbər lenti

Xəbər lenti