...

Yeni Zelandiya sahilləri yaxınlığında 5,9 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 8 Oktyabr 2024 09:26 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Zəlzələ Sakit okeanda, Yeni Zelandiyaya yaxın yerdə baş verib. Onun maqnitudası 5,9 bal təşkil edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, seysmoloji hadisə oktyabrın 8-nə keçən gecə qeydə alınıb. Zəlzələ Bakı vaxtı ilə saat 03:59-da baş verib. Zəlzələnin hiposentri Tauranga şəhərindən 660 kilometr şimal-şərqdə və Kermadek arxipelaqının tərkibindəki Raul adasından 472 kilometr cənubda yerləşib.

Mütəxəssislər qeyd ediblər ki, zəlzələnin hiposentri 10 kilometr dərinlikdə yerləşib. Seysmoloji hadisə nəticəsində zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Həmçinin, sunami təhlükəsi elan edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti