Bakı. Trend:
"Hizbullah" hərəkatı cümə günü İsrail ordusunun Qolan təpələrindəki Katsaviya və Revayya kazarmalarına raket zərbələri endirib.
Trend-in məlumatına görə, bu barədə hərəkatın hərbi informasiya xidmətinin "Telegram" kanalında yerləşdirdiyi hesabatda bildirilib.
Bildirilib ki, cəmi bir gündə islami müqavimət birləşmələri İsrail ordusuna qarşı 24 silahlı əməliyyat keçirib. Əsas hücumlar İsrailin hava hücumundan müdafiə bazalarının yerləşdiyi Hayfa şəhərinin şimalındakı Zvulun və Kiryat-Eliezer şəhərətrafı ərazilərə hücumlar olub.
Kiryat-Şmona və Tsfat (Safed) şəhərlərinə bir neçə raket atılıb. Nəticədə bəzi yerlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb, xəsarət alanlar olmayıb.