Bakı. Trend:
İranda sərnişin təyyarələrinə mobil telefon istisna olmaqla bütün elektron vasitələrin aparılması qadağan olunub.
Trend-in məlumatına görə, bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Cəfər Yazərlu jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu qadağa sərnişin təyyarələrin həm sərnişin göyərtəsinə, həm də yük yerinə tətbiq olunub.
Yazərlu qeyd edib ki, sərnişinlər təyyarələrə elektron rabitə qurğuları gətirməkdən çəkinməlidirlər.