Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında bildirilib.
O qeyd edib ki, "Fırat Kalkanı" və "Barış Pınarı" bölgələrində keçirilən əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının iki üzvü öldürülüb.
Bundan başqa, "Pəncə-Kilit" əməliyyat bölgəsində həyata keçirilən axtarış tədbirləri nəticəsində terrorçulara məxsus xeyli sursat ələ keçirilib.