...

Hamı Gürcüstan xalqının demokratik seçiminə hörmət etməlidir - Kobaxidze

Dünya xəbərləri Materials 14 Oktyabr 2024 17:33 (UTC +04:00)
Hamı Gürcüstan xalqının demokratik seçiminə hörmət etməlidir - Kobaxidze
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hamı Gürcüstan xalqının demokratik seçiminə hörmət etməlidir.

Trend Gürcüstan KİV-ə isitinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

"Xalqın legitim şəkildə seçilmiş hakimiyyəti var ki, bu da, eyni zamanda, tərəfdaşlarımız tərəfindən tanınır. Buna görə xalq və onun legitim şəkildə seçilmiş hakimiyyəti arasında bərabərlik işarəsi mövcuddur", - o qeyd edib.

Onun sözlərinə görə, bu bərabərlik işarəsi Gürcüstanda daha bir parlament seçkiləri keçirildikdən sonra da qüvvədə qalacaq.

"Müvafiq olaraq, Avropa İttifaqı ilə Gürcüstan xalqının legitim seçimini növbəti dəfə təmsil edəcək hakimiyyət arasında münasibətlər yenidən qurulacaq. Xalqla hakimiyyət arasındakı bu bərabərlik işarəsini məhv etmək cəhdi demokratik praktikaya uyğun olmayan bir narrativdir. Hamı Gürcüstan xalqının demokratik seçiminə hörmət etməlidir", - baş nazir əlavə edib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabrda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti