Bakı. Trend:
Dünyanın ən turistik şəhərlərindən biri olan Çexiyanın paytaxtı Praqada turizm şirkətlərinin təşkil etdiyi tədbirlərə qadağa qoyulub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Praqa izdihamlı barları və spirtli küçə əyləncələri ilə məşhurdur.
Praqa Bələdiyyə sədrinin müavini Zdenek Hrib axşam və gecə saatlarında bələdçili pub turlarını qadağan etdiklərini söyləyərək, "Yalnız içki içməyə gələn turistlər yerinə, daha mədəni və zəngin turistlərə üstünlük veririk", deyib.
Dünya əhalisinə nisbətən ən çox spirtli içki istehlak edilən ölkə sayılan Çexiyada keçən il adambaşına 128 litr pivə istehlak edilib. Pivənin ucuz olduğu bu ölkə dünyanın hər yerindən spirtli içki həvəskarlarını özünə cəlb edir.