Bakı. Trend:
Moldovada prezident seçkilərinin ikinci turu öncəsi sükut günü başlayıb. Seçki namizədlərinin lehinə və ya əleyhinə hər hansı təşviqat aparmaq qadağandır.
Trend xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyasının sədri Anjelika Karaman bir gün əvvəl xəbərdarlıq edib ki, seçki günü və bir gün əvvəl seçkiqabağı təşviqat qəti qadağandır.
O əlavə edib ki, qadağa artıq internetdə yerləşdirilən məlumatlara şamil edilmir.
"Bu müddət ərzində seçkiyə namizədlərin televiziya və ya radio verilişlərində çıxışına icazə verilmir", - deyə o bildirib.