...

Yaponiyada Onaqava Atom Elektrik Stansiyası yenidən bağlanır

Dünya xəbərləri Materials 3 Noyabr 2024 16:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın Miyaqi prefekturasında yerləşən Onaqava Atom Elektrik Stansiyası, oktyabrın 29-da yenidən işə salınmasından cəmi bir həftə sonra bağlanma qərarına gəlib.

Trend xəbər verir ki, Tohoku Electric Power şirkəti stansiyanın ikinci enerji blokunu bağlamaq qərarını verdiyini bildirib.

Noyabrın 3-də elektrik istehsalına başlanması planlaşdırılsa da, avadanlıqlarda yaranan problem səbəbindən bu proses hələ ki, həyata keçirilməyib. Buna görə də operator reaktoru bağlamağı qərara alıb və bu, yoxlamalar tamamlandıqdan sonra tezliklə həyata keçiriləcək.

İkinci Onaqava reaktoru, Fukusima-1 atom elektrik stansiyasındakı enerji blokları kimi, qaynar su tipli reaktordur. Bu, 2011-ci ildən bəri Yaponiyada ilk dəfədir ki, belə bir reaktor yenidən işə salınır.

Fukusima-1 qəzasından əvvəl, Yaponiyanın atom elektrik stansiyaları ölkə enerji balansının təxminən 30%-ni təşkil edirdi. Nüvə enerjisindən müvəqqəti imtina, ölkədə əsas yük istilik elektrik stansiyalarının üzərinə düşməsinə səbəb olub. Hazırda hökumət təhlükəsizlik yoxlamaları apardıqdan sonra atom elektrik stansiyalarının qismən yenidən işə salınması siyasətini həyata keçirmək niyyətindədir. Onaqava reaktoru Yaponiyanın 13-cü nüvə enerji bloku oldu.

Xəbər lenti

Xəbər lenti