...

“Microsoft” Müqəddəs Pyotr Bazilikasında süni intellektlə gücləndirilmiş layihə təqdim edəcək

Dünya xəbərləri Materials 9 Noyabr 2024 05:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Microsoft” şirkəti, Vatikandakı Müqəddəs Pyotr Bazilikasında süni intellektlə gücləndirilmiş layihə təqdim etməyə hazırlaşır.

Trend xəbər verir ki, bu layihənin təqdimatını “Microsoft”un prezidenti Bred Smit noyabrın 11-də Vatikanda keçirəcək.

Layihə, “Microsoft” və Müqəddəs Pyotr Bazilikasının mühafizəsi və saxlanmasına cavabdeh olan “The Fabric of Saint Peter” təşkilatının əməkdaşlığı nəticəsində həyata keçiriləcək.

Həmçinin, “Microsoft” Roma bələdiyyəsi ilə əməkdaşlıq edərək, qarşıdan gələn Müqəddəs Yubiley İli çərçivəsində Vatikana və İtaliyanın paytaxtı Romaya səyahət etməsi gözlənilən 35 milyondan çox ziyarətçiyə kömək edəcək süni intellektə əsaslanan “Julia” adlı virtual köməkçi hazırlayıb. Yubiley zəvvarları, virtual şəhər bələdçisi “Julia”ya “WhatsApp” vasitəsilə mədəni irs obyektləri haqqında məlumat alacaq, eləcə də İtaliya mətbəxinin nümunələrini dadmaq üçün yer və restoranlar haqqında suallar verə biləcəklər.

Xəbər lenti

Xəbər lenti