...

Dünənki mitinqə görə məsuliyyət müəyyən Avropa siyasətçiləri və bürokratlarının üzərinə düşür - Kobaxidze

Dünya xəbərləri Materials 30 Noyabr 2024 15:36 (UTC +04:00)
Dünənki mitinqə görə məsuliyyət müəyyən Avropa siyasətçiləri və bürokratlarının üzərinə düşür - Kobaxidze
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda dünənki mitinqə görə məsuliyyət müəyyən Avropa siyasətçiləri və bürokratlarının üzərinə düşür.

Trend Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

"Artıq üçüncü ildir ki, Gürcüstanın ukraynalaşdırılmasına nail ola bilməyən bəzi avropalı siyasətçilər və bürokratlar davamlı olaraq namizəd statusundan və danışıqlara başlamaq məsələsindən ölkəni zəiflətmək, təxribat yaratmaq, cəmiyyətin qütbləşməsi və süni şəkildə parçalanması üçün istifadə etməyə çalışırlar", - o bildirib.

Onun sözlərinə görə, dünən hər şey hamıya aydın oldu.

"Sadəcə olaraq, radikallar və onların xarici himayədarları hər zaman ölkəni parçalamaq və Gürcüstanı Ukraynaya çevirmək üçün bəhanə tapmağa çalışırlar. Onlar hələ dərk etməyiblər ki, 2013-cü ildəki Ukraynadan fərqli olaraq, Gürcüstan güclü təsisatları və ən əsası təcrübəli və müdrik insanları olan, gücünü heç kimin sarsıda bilməyəcəyi müstəqil dövlətdir", - o əlavə edib.

Qeyd edək ki, 29-30 oktyabr tarixlərində Tbilisidə baş tutan etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb. Etirazçılar paytaxtın Rustaveli prospektində keçirilən aksiyada ictimai asayişi pozaraq, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar – daş, pirotexniki vasitələr, şüşə butulkalar və metal əşyalar atıblar.

Hadisələr nəticəsində 10 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti