Bakı. Trend:
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Fələstinin "Həmas" qruplaşmasını rəsmi olaraq vəzifəyə başlamazdan əvvəl Qəzza zolağında saxlanılan bütün girovları azad etməyə çağırıb.
Trend-in məlumatına görə, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Əgər girovlar 2025-ci il yanvarın 20-nə qədər, yəni qürurla Amerika Birləşmiş Ştatlarının prezidenti kimi vəzifəyə başlayacağım tarixə qədər azad edilməsə, Yaxın Şərqdə bu vəhşilikləri törədənlər (...) ağır bədəl ödəməli olacaqlar!, - deyə o qeyd edib.