Bakı. Trend:
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə etiraz aksiyasında polis əməkdaşına bıçaqla hücum etməkdə ittiham olunan 18 yaşlı şəxsi saxlayıb.
Trend Gürcüstan KİV-ə istinadən xəbər verir, ki etiraz aksiyaları ilə bağlı ümumilikdə 7 nəfər saxlanılıb.
“Aparılan istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs 30 noyabr tarixində Rustaveli prospektində keçirilən aksiya zamanı polis əməkdaşına bıçaqla hücum edərək onun sağlamlığına zərər yetirmək niyyətində olub”, - məlumatda qeyd olunur.
Təqsirləndirilən şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin “Polis əməkdaşına və ya digər vəzifəli şəxsə, yaxud dövlət qurumuna hücum” maddəsi ilə cinayət işi açılıb. Bu maddə ilə təqsirli bilinən şəxslər dörd ildən yeddi ilədək azadlıqdan məhrum edilə bilər.
Qeyd edək ki, 3-4 dekabr tarixlərində Tbilisidə keçirilən aksiyada polis əməkdaşları tərəfindən 22 nəfər saxlanılımışdı. 3 dekabrda Gürcüstan Daxili İşlər Nazirliyi 28 noyabrdan etibarən şəhərdə inzibati qaydada 293 nəfərin saxlanıldığını bildirmişdi.