Bakı. Trend:
Türkiyə Suriyada nizamlanma məsələlərində Rusiya və İranın konstruktiv yanaşmalarını yüksək qiymətləndirir.
Trend-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Dohada keçirilən mətbuat konfransında bildirib.
"Dünən Suriyanın gələcəyi üçün əhəmiyyətli bir gün idi. Astana formatında olan ölkələr - Türkiyə, Rusiya, İran son hadisələri müzakirə etmək üçün bir araya toplaşıb. Biz Rusiya və İranın konstruktiv yanaşmalarını yüksək qiymətləndiririk. BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi də bizimlə idi. O da böyük töhfə verdi", - deyə o qeyd edib.
Nazir bildirib ki, Türkiyə Suriya məsələsində regional və beynəlxalq aktorlarla əməkdaşlığı davam etdirəcək.