...

Viktor Orban Trampın dəvəti ilə ABŞ-da görüş keçirib

Dünya xəbərləri Materials 10 Dekabr 2024 05:26 (UTC +04:00)
Viktor Orban Trampın dəvəti ilə ABŞ-da görüş keçirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstanın baş naziri Viktor Orban ABŞ-a səfər edərək yeni seçilmiş prezident Donald Tramp ilə Floridadakı Mar-a-Laqo malikanəsində görüş keçirib.

Trend xəbər verir ki, görüşdə Trampın administrasiyasının mümkün üzvlərindən milyarder İlon Mask, prezidentin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsinə təyin edilən Mayk Uolts, eləcə də Macarıstanın xarici işlər naziri Peter Siyarto iştirak edib.

Görüşün detalları ictimaiyyətə açıqlanmasa da, bu, Orban və Tramp arasında ilin üçüncü görüşü olub. Macarıstan baş naziri Trampın seçki kampaniyası zamanı onu açıq şəkildə dəstəkləyib və keçmiş prezidentin Ağ Evə qayıdacağına ümid etdiyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti