Bakı. Trend:
Türkiyə Suriyada 60 ildən çox davam edən diktatura rejiminin və 13 illik vətəndaş müharibəsinin ardından yaranan sülh, sabitlik və əmin-amanlıq ümidlərini məmnuniyyətlə alqışlayır.
Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 dekabr – Ümumdüyna İnsan Hüquqları Günü münasibətilə “X” sosial media hesabında etdiyi paylaşımda bildirib.
“Suriyada hərtərəfli və əhatəli bir idarəetmənin qurulması ilə suriyalı qardaşlarımızın öz ölkələrini yenidən ayağa qaldırmaq səylərinə lazım olan bütün dəstəyi təmin edəcəyik”, - paylaşımda qeyd edilib.