Bakı. Trend:
Gürcüstanın paytaxtı Tbilisidə hökumətin Avropa İttifaqı ilə danışıqları dondurmaq qərarına qarşı etiraz aksiyaları 15-ci gündür davam edir.
Trend Gürcüstan mətbuatına istinadən xəbər verir ki, vətəndaşlar yenidən Rustaveli prospektində toplaşaraq narazılıqlarını ifadə ediblər.
Bugünkü aksiyada parlament binası qarşısında toplaşan nümayişçilərə incəsənət və informasiya texnologiyaları sahələrinin nümayəndələri də qoşulub.
Məlumata görə, axşam saat 21:00-da Avropa Parlamentinin müxtəlif ölkələrdən olan deputatlarının da aksiyaya qatılacağı gözlənilir. Deputatların Rustaveli prospektində toplaşan insanlara müraciət edəcəyi bildirilir.