Bakı. Trend:
Türkiyə ilə Monqolustan arasında strateji tərəfdaşlığın yaradılmasına dair birgə bəyannamə və 10 saziş imzalanıb.
Trend xəbər verir ki, imzalanma mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Monqolustan Prezidenti Xurelsux Uxnaa arasında təkbətək və nümayəndə heyətləri əsasında danışıqlardan sonra baş tutub.
İki ölkə arasında, həmçinin radio-televiziya, rəqabət siyasəti, nəqliyyat, səhiyyə, təhsil, gənclər və idman, mədən sənayesi, ətraf mühit və meşə təsərrüfatı sahələrində sazişlər imzalanıb.