...

Almaniyada geniş miqyaslı ixtisarlar gözlənilir

Dünya xəbərləri Materials 31 Yanvar 2025 06:17 (UTC +04:00)
Almaniyada geniş miqyaslı ixtisarlar gözlənilir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyada sənayenin bütün sahələrində geniş miqyaslı ixtisarlar gözlənilir.

Trend xəbər verir ki, bu barədə N-tv Münhen Universitetinin Ifo sorğusunun nəticələrinə istinadən bildirir.

Pərakəndə ticarətdə iş yerlərinin sayının azalması gözlənilir. Bu dinamika Almaniya ixracının azalması ilə əlaqədardır.

Eyni zamanda, turizm və İT sektorlarında vakant yerlərin sayında artım gözlənilir. Tikinti sektorunda isə analitiklər 2025-ci ildə iş yerlərinin sayının dəyişməz qalacağını və 2026-cı ildə artmağa başlayacağını vurğulayırlar.

Ifo sosioloqu Klaus Wohlrabe bildirib ki, "Əmək bazarında vəziyyət gərgin olaraq qalır".

Xəbər lenti

Xəbər lenti