Bakı. Trend:
Ağ Ev Ümumi Xidmətlər İdarəsinə Kütləvi İnformasiya Vasitələri ilə bütün əlaqələri kəsməyi tapşırıb.
Trend xəbər verir ki, bu haqda xarici KİV-lər Ağ Evin məktubuna istinadən məlumat yayıb.
Məktubda qeyd olunur ki, adıçəkilən qurum tamamilə bütün müqavilələri ləğv etməlidir.
“Ümumi Xidmətlər İdarəsinin komandası, zəhmət olmasa bu iki şeyi edin: birincisi “Politico”, BBC, “E&E”, “Bloomberg” ilə bütün müqavilələrinizə xitam verin, ikincisi müstəsna olaraq Ümumi Xidmətlər İdarəsinə aid olan KİV-lə bağlanmış müqavilələri ləğv edin”,- məktubun mətnində deyilir.
Qeyd edilir ki, bundan əvvəl Hökumət Effektivliyi İdarəsinin rəhbəri İlon Mask keçmiş hökumətin “Politico Pro” abunəliyinə milyonlarla dollar vəsait xərclədiyini bildirmişdi.