...

Meksikada avtobusla yük maşını toqquşub, 30-dan çox insan ölüb

Dünya xəbərləri Materials 8 Fevral 2025 23:14 (UTC +04:00)

Bakı. Trend:

Meksikanın cənubundakı Eskarseqa şəhəri yaxınlığında avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 30 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə yerli "XEVT" radiostansiyası xəbər verib.

Məlumata əsasən, sərnişin avtobusu Kankuna şəhərindən (Kintana-Roo ştatı) Komalkalko şəhərinə (Tabasko ştatı) gedirdi. İlkin məlumata görə, yük maşını qarşı zolağa çıxıb və toqquşma nəticəsində avtomobillər yanıb.

Bildirilib ki, avtobusda 39 sərnişin olub. Yalnız səkkiz nəfərin sağ qaldığı məlumdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti