...

Türkiyə və Suriya xarici işlər nazirləri Münxendə görüşüb

Dünya xəbərləri Materials 15 Fevral 2025 20:19 (UTC +04:00)
Türkiyə və Suriya xarici işlər nazirləri Münxendə görüşüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə tərəflər Suriyanın bərpası məsələsini müzakirə ediblər. Eyni zamanda, ölkədə davam edən hökumətin qurulması, eləcə də İŞİD, PKK, YPG terror təşkilatlarına qarşı mübarizə məsələləri də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti