...

Türkiyədə PKK-ya qarşı irimiqyaslı əməliyyat - Yüzlərlə həbs olunan var (VİDEO)

Dünya xəbərləri Materials 18 Fevral 2025 11:16 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyənin 51 vilayətində PKK/KCK terrorçu qruplaşmaları ilə əlaqələrdə şübhəli bilinən şəxslərə qarşı irimiqyaslı əməliyyat keçirilib.

Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, beş gün davam edən “Gürz-46” kod adlı əməliyyatda terrorçu qruplaşma üzvü olmaqda şübhəli bilinən 282 nəfərin saxlanıldığı bildirilir.

“Terrorsuz Türkiyə hədəfimizə çatmaq və millətimizin rahatlıq, birlik və bərabərliyini təmin etmək üçün terrorun hər növünü bu torpaqlardan qazıb atmaqda qərarlıyıq”, - Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti