...

Ər-Riyadda Rusiya və ABŞ arasında danışıqlar başa çatıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 18 Fevral 2025 16:36 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ər-Riyadda Rusiya və ABŞ arasında danışıqlar başa çatıb.

Trend xəbər verir ki, yaxın zamanda Rusiya nümayəndə heyətinin danışıqların nəticələri ilə bağlı mətbuat konfransı keçirəcəyi gözlənilir.

Məlumata görə, bundan əvvəl Rusiya KİV-də danışıqlarda gələn həftə Səudiyyə Ərəbistanında ABŞ və Rusiya liderlərinin iştirakı ilə zirvə toplantısının keçirilməsi ilə bağlı müzakirələrin aparıldığı bildirilsə də, bu barədə hələ ki, rəsmi açıqlama yoxdur.

Qeyd edək ki, Riyadda keçirilən danışıqlarda Rusiya tərəfdən ölkənin XİN rəhbəri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov, ABŞ tərəfindən isə dövlət katibi Marko Rubio, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uoltz və Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff iştirak edib.

xxx

12:29

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar keçirilir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, danışıqlar masasında Rusiya tərəfdən ölkənin XİN rəhbəri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov əyləşib.

ABŞ tərəfini isə dövlət katibi Marko Rubio, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uoltz və Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti