Bakı.Trend:
ABŞ prezidenti Donald Tramp Venesuelanı Birləşmiş Ştatların düşməni adlandırıb.
Trend xəbər verir ki, Ağ Ev rəhbəri Florida ştatının Maralaqo kurortunda keçirdiyi mətbuat konfransında Vaşinqtonun Karakasla olan münasibətlərinə toxunub.
Tramp hələ ilk prezidentliyi dövründə Karakasa qarşı sanksiyalar tətbiq etdiyini, lakin sonradan, Baydenin hakimiyyəti dövründə rəsmi Vaşinqtonun Venesueladan milyardlarla dollar məbləğində neft almağa başladığını xatırladıb.
“Onlar niyə düşmənə üz tutub, onlara milyardlarla dollar veriblər”, - deyə Tramp bildirib.
Trampın sözlərinə görə, ABŞ-nin neft ehtiyatları kifayət qədərdir və bu cür sövdələşmələrə heç bir lüzum olmayıb.