Bakı. Trend:
PKK terror təşkilatı atəşkəs elan edib.
Trend xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Bildirilib ki, terror təşkilatının silahlıları həbsdə olan Abdullah Öcalanın müraciətinə əməl ediləcəyini bildiriblər.
Qeyd edək ki, fevralın 27-dən etibarən Xalqların Bərabərliyi və Demokratiya partiyasının (DEM) nümayəndə heyəti İmralı adasında Abdullah Öcalanla danışıqlar aparırdı.
PKK terrorçu qruplaşmasının mərkəzləşdiyi Qandildən onun açıqlmasına müsbət reaksiya gəlib. Onlar çağırışa əsasən atəşkəs elan etdiklərini bildiriblər.
“Biz, PKK olaraq, sözügedən çağırışın məzmununu tam şəkildə qəbul edirik və öz tərəfimizdən bu çağırışın tələblərinə əməl edəcəyimizi və icra edəcəyimizi bildiririk. Bu gündən etibarən atəşkəs elan edirik”, - deyə Qandildən gələn məktubda deyilir.
Xatırladaq k, terror təşkilatının lideri Abdullah Öcalan İmralı adasından etdiyi çağırışda “Silahları yerə qoymaq çağırışı edirəm və bu çağırışın tarixi məsuliyyətini üzərimə götürürəm” bəyanatı vermişdi.