...

Kanada ABŞ-nin tariflərinə proporsional cavab verəcək - Trüdo

Dünya xəbərləri Materials 3 Mart 2025 08:58 (UTC +04:00)
Kanada ABŞ-nin tariflərinə proporsional cavab verəcək - Trüdo
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kanadanın baş naziri Castin Trüdo, ABŞ-nin martın 4-də Ottavaya idxal tarifləri tətbiq edəcəyi təqdirdə, proporsional cavab veriləcəyini bəyan edib.

Trend xəbər verir ki, bunu Trüdo mətbuat konfransında bildirib.

“Biz bu tariflərin tətbiqindən yayınmağa çalışırıq. Lakin onlar tədbir görsələr, biz onlara birbaşa mütənasib və qeyri-müəyyən şərtlərlə cavab verəcəyik”, - Trüdo deyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp, Kanadadan və Meksikadan idxal olunan mallara tətbiq ediləcək 25%-lik rüsumların martın 4-dən qüvvəyə minəcəyini açıqlamışdı.

Fevralın əvvəlində Tramp Meksika və Kanadanı tariflərlə hədələsə də, hər iki ölkə bu tədbirləri 30 gün təxirə salmağa nail olmuşdu.

Xəbər lenti

Xəbər lenti