Bakı. Trend:
Yaponiyanın Ayçi prefekturasında Toyota avtomobil şirkəti üçün komponentlər istehsal edən zavodda partlayış baş verib.
Trend NHK ictimai televiziyasına istinadən xəbər verir ki, hadisə nəticəsində azı üç nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.
İlkin məlumatlara görə, partlayışa sənaye tipli toztoplayıcılardan birinin sıradan çıxması səbəb olub. Hadisə yerində xilasetmə xidmətləri işləyir.