...

Muğla - Dalaman hava limanında sərnişindaşıma 150 min nəfəri keçib

Dünya xəbərləri Materials 12 Mart 2025 13:46 (UTC +04:00)

Bakı. Trend:

2025-ci ilin fevral ayında Türkiyənin Muğla - Dalaman Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 151 min 588 nəfər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin fevral ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 2 faiz azalaraq, 135 min 360 nəfər, beynəlxalq reyslər üzrə isə 1 faiz artaraq 16 min 228 nəfər təşkil edib.

2025-ci ilin fevral ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq min 169 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin fevral ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, min 36 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 11 faiz azalaraq , 134 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin fevral ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin fevral ayı ilə müqayisədə 45 faiz artaraq, 3 min 351 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 46 faiz artaraq, 3 min 178, beynəlxalq reyslər üzrə isə 29 faiz artaraq 173 olub.

2025-ci ilin fevral ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 30 milyon 446 min 843 nəfər, yük daşınması isə 694 min 727 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti