...

Almaniya hökuməti Annalena Berbokun BMT Baş Assambleyasına sədrliyə namizədliyini irəli sürməyə hazırlaşır

Dünya xəbərləri Materials 18 Mart 2025 22:51 (UTC +04:00)
Almaniya hökuməti Annalena Berbokun BMT Baş Assambleyasına sədrliyə namizədliyini irəli sürməyə hazırlaşır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya hökuməti ölkənin xarici işlər naziri Annalena Berbokun (“Yaşıllar”) 2025-2026-cı illər üçün BMT Baş Assambleyasının sədri vəzifəsinə namizədliyini irəli sürməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə DPA agentliyi Nazirlər Kabinetindəki mənbələrə istinadən məlumat yayıb.

Hazırda Berbok yeni hökumət formalaşana qədər xarici işlər naziri vəzifəsini icra edir. Yeni Nazirlər Kabinetinin aprelin 20-dək qurulması nəzərdə tutulur. “Yaşıllar” koalisiya danışıqlarında iştirak etmədiyindən, onların yeni hökumətdə təmsil olunma ehtimalı azdır.

BMT Baş Assambleyasının iyun ayında Berboku sədr seçəcəyi, sentyabrda isə onun yeni vəzifəsinin icrasına başlayacağı gözlənilir. DPA-nın məlumatına görə, onun seçilməsi formal xarakter daşıyır. Berbok yeni vəzifəyə keçdikdən sonra Bundestaq deputat mandatından imtina edəcək. O, may ayında Nyu-Yorkda iş proqramını təqdim edəcək.

Almaniya hökuməti hesab edir ki, bu təyinat ölkənin BMT-nin prinsiplərinə sadiqliyini nümayiş etdirəcək.

Xəbər lenti

Xəbər lenti