...

Tramp Si Cinpinlə 2025-ci ildə görüş keçirə bilər

Dünya xəbərləri Materials 20 Mart 2025 06:14 (UTC +04:00)
Tramp Si Cinpinlə 2025-ci ildə görüş keçirə bilər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp 2025-ci ildə Çin prezidenti Si Cinpinlə görüşə biləcəyini ehtimal edib.

Trend-in məlumatına görə, bu barədə D.Tramp "Fox News" televiziya kanalına müsahibəsində deyib.

"Bəli, ola bilər, demək istəyirəm ki, [Sin Cinpin ilə] zirvə görüşünə qarşı olmazdım", - deyə ABŞ prezidenti bildirib.

Eyni zamanda D.Tramp xatırladıb ki, aprelin 2-də ABŞ rüsumlar tətbiq edəcək. O bildirib ki, bu rüsumları “Çin də, digər ölkələr də ödəyəcəklər”.

"Bizi bütün dünya ölkələri, dostlar və düşmənlər soyub-talayıb. Və 2 aprel - mən bunu Amerikanın azadlığı adlandırıram. Biz o kök, axmaq və sadəlövh ölkəydik ki, dostlarımız da daxil olmaqla hamının bizi talamasına icazə verib", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti