Bakı. Trend:
ABŞ-nin Texas ştatının ən böyük şəhəri Hyustonda gecə klubunda baş verən atışma nəticəsində altı nəfər yaralanıb.
Trend xəbər verir ki, ABC telekanalının məlumatına görə, insident martın 23-nə keçən gecə saat 03:00 radələrində Latinas Sports Bar klubunda baş verib. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Polis atışmanın səbəbinin hələ müəyyən edilmədiyini açıqlayıb. Hüquq-mühafizə orqanları qara rəngli Toyota Corolla və ya Camry markalı avtomobillərlə hadisə yerindən qaçmış ola biləcək iki ispan əsilli şəxsin axtarışını aparır. Polisin məlumatına görə, mübahisə atışmaya çevrilib.
Təhlükəsizlik kameralarının görüntülərində şübhəlilərdən birinin klubun bağlanmaq üzrə olduğu vaxt girişə doğru atəş açdığı görünür.
Məlumata görə, klub həmin vaxt spirtli içkilər satırdı ki, bu da Texas qanunlarına əsasən, gecə saat 02:00-dan sonra qadağandır, əgər müəssisənin xüsusi icazəsi yoxdursa.
Həmin gecə Hyustonun başqa bir hissəsində də oxşar hadisə baş verib – bir kişi klubdan çıxdıqdan sonra mübahisə zəminində güllələnib.