...

İngiltərədə ilk dəfə qoyunda quş qripi aşkarlanıb

Dünya xəbərləri Materials 24 Mart 2025 17:34 (UTC +04:00)
İngiltərədə ilk dəfə qoyunda quş qripi aşkarlanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Britaniya hökuməti Yorkşir qraflığında yerləşən fermada quş qripi virusu (H5N1) daşıyan bir qoyunun aşkarlandığını, lakin digər heyvanlarda yoluxma hallarının qeydə alınmadığını bildirib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, virusun aşkarlandığı təsərrüfatda əvvəllər qəfəsdə saxlanılan quşlarda quş qripi müəyyən olunub.

Mütəmadi yoxlamalar zamanı bir qoyunda da virus aşkarlanıb. Böyük Britaniyanın Ətraf Mühit, Ərzaq və Kənd Təsərrüfatı Departamenti (DEFRA) bildirib ki, bu, İngiltərədə ilk belə hal olsa da, digər ölkələrdə də əvvəllər heyvanlarda quş mənşəli qrip virusları qeydə alınıb.

“Hazırda ölkənin heyvandarlıq təsərrüfatları üçün riskin artdığına dair heç bir sübut yoxdur,” – deyə DEFRA qeyd edib.

Departamentin məlumatına görə, ABŞ-də inəklərdə quş qripi aşkarlandıqdan sonra bu cür halları nəzarətdə saxlamaq məqsədilə yoluxmuş təsərrüfatlarda əlavə müşahidə tədbirləri həyata keçirilir. DEFRA həmçinin fermerləri quş qripinin mümkün əlamətlərinə qarşı ayıq-sayıq olmağa çağırıb.

Xəbər lenti

Xəbər lenti