Bakı. Trend:
Çin sədri Si Cinpin iri xarici şirkətlərin rəhbərləri ilə görüşüb.
Trend-in məlumatına görə, bu barədə "Xinhua" agentliyi xəbər verib.
Görüş Pekində Böyük Xalq Zalında baş tutub.
Qeyd edək ki, Martın 23-24-də Çinin paytaxtı Pekində Çin İnkişaf Forumu keçirilib. Burada əsasən amerikalı xarici şirkətlərin 80-dən çox nümayəndəsi iştirak edib. Onların arasında "Apple", "AstraZeneca", "Blackstone", "BMW", "Otis", "Samsung", "Siemens" və "Pfizer" şirkətlərinin rəhbərləri var.