...

Kristian Ştoker Avstriya Xalq Partiyasının lideri seçildi

Dünya xəbərləri Materials 30 Mart 2025 01:38 (UTC +04:00)
Kristian Ştoker Avstriya Xalq Partiyasının lideri seçildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstriya Xalq Partiyasının (ÖVP) qurultayı federal kansler Kristian Ştokeri partiya lideri kimi təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə ANP-nin X-dəki səhifəsində qurultaydan sonra verilən bəyanatda bildirilib.

Ştoker partiya yoldaşlarının 98,42% səsini toplayıb. Onun müavini ÖVP-nin Tirol bölməsinin nümayəndəsi Sofi Kirçer olub.

Xatırladaq ki, 2025-ci ilin yanvarında Avstriyanın keçmiş baş naziri Karl Nehammer kansler və ÖVP lideri vəzifəsindən istefa verəcəyini açıqlamışdı. Bundan sonra Ştoker müvəqqəti lider təyin edilmişdi.

Martın 3-də Avstriya Prezidenti Aleksandr Van der Bellen ÖVP, Avstriya Sosial Demokrat Partiyası və Yeni Avstriya - Liberal Forum (NEOS) partiyalarının qurduğu yeni hökumətin tərkibini təsdiqləyib. Kristian Ştoker koalisiya hökumətinə rəhbərlik edir.

Xəbər lenti

Xəbər lenti