Bakı. Trend:
Alanyada 3.9 bal gücündə zəlzələ olub.
Trend xəbər verir ki, Türkiyənin Antalya vilayətinin Alanya rayonunda 3.9 bal gücündə zəlzələ baş verib.
Zəlzələ rayon mərkəzində və ətrafdakı beş kənddə zəif şəkildə hiss olunub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.