Bakı.Trend:
Türkiyənin Mersin şəhərində polis turistlərlə hesablaşmaq məqsədilə istifadə olunması planlaşdırılan 5 min ədəd saxta 2 avro nominallı sikkəni müsadirə edib.
Trend xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, Mersin Təhlükəsizlik İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxta pul istehsalında şübhəli bilinən 5 nəfəri həbs edib.
Reyd zamanı saxlanılan şəxslərin üzərindən skoçla sarınmış beş qara paketdə saxta avro sikkələr götürülüb. Saxlanılan şəxslərdən üçü daha əvvəl müxtəlif qanun pozuntularına, xüsusilə soyğunçuluq və dələduzluğa görə axtarışda olub.
Dindirmələr zamanı məlum olub ki, saxta sikkələr mövsümün başlanması ilə turist bölgələrində istifadə olunmaq üçün nəzərdə tutulub.