Bakı.Trend.
Cənubi Koreya uğurlu şəkildə sayca dördüncü kəşfiyyat peykini buraxıb.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, peykin buraxılışında Cənubi Koreya ABŞ-nin “Space X” şirkəti ilə əməkdaşlıq edib. Peyki daşıyan “Falcon 9” raketi ABŞ Kosmik qüvvələrinin Florida ştatında yerləşən bazasından yüksəliş yerinə yetirib.
Peyk 15 dəqiqə sonra Yerətrafı orbitdə nəzərdə tutulduğu mövqeyə çatıb, onunla Koreya Xalq Demokratik Respublikasının (KXDR) müşahidəsinin aparılacağı bildirilir.
Sayca beşinci peyki isə Koreya bu ilin sonuna kimi buraxmağı planlaşdırır.