Bakı. Trend:
Şimali Koreyada 5 min tonluq esminesin uğursuz buraxılışına görə daha bir yüksək vəzifəli dövlət məmuru həbs olunub. Bununla həbs olunan məmurların sayı 4 nəfərə çatıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu gün həbs olunan dördüncü məmur ölkənin Hərbi Saney Departamentinin rəhbərinin müavini Ri Hyon Sondur.
KXDR esminesi ötən həftənin çərşənbə günü şimal-şərqdə yerləşən Çoncin limanında ölkənin lideri Kim Çen Inın iştirak etdiyi suya buraxılış mərasimi zamanı gəminin quyruq hissəsindəki daşıyıcı konstruksiyanın qopması nəticəsində qəzaya uğramışdı.
Hadisə yerindən yayımlanan peyk görüntüləri gəminin yan üstə çevrilmiş vəziyyətdə olduğunu, mavi örtüklərlə örtüldüyünü və bəzi hissələrinin su altında qaldığını əks etdirir.
Hadisəni Kim Çen In hiddətlə qarşılamış, qəzanın “etinasızlıq nəticəsində baş vermiş cinayət” olduğunu bildirmişdi.