Bakı. Trend:
Rusiyanın Kamçatka bölgəsində zəlzələ baş verib.
Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
Zəlzələ 5,2 bal gücündə hiss olunub.
Rusiyanın Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının məlumatına əsasən, zəlzələnin yeraltı ocağı 20,6 km dərinlikdə qeydə alınıb.
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.