Bakı. Trend:
Ruanda və ABŞ hökumətləri Afrika ölkəsinin Birləşmiş Ştatlardan deportasiya olunan üçüncü ölkələrin vətəndaşlarını qəbul etməsi haqında saziş bağlayıblar.
Trend xəbər verir ki, bu barədə Ruanda hökumətinin rəsmi nümayəndəsi İolanda Makolo məlumat yayıb.
“Ruanda Birləşmiş Ştatlarla 250-yə qədər miqrantın qəbulu ilə bağlı razılığa gəlib. Onların normal həyata qayıtması və Ruanda iqtisadiyyatına öz töhfələrini vermələri üçün peşə hazırlığı keçmək imkanı yaradılacaq, tibbi yardım göstəriləcək, qalmağa yer tapmalarında kömək olunacaq”, - deyə məlumatda qeyd olunur.
Cari ildə ABŞ-dən deportasiya olunan üçüncü ölkə vətəndaşlarını buna qədər Cənubi Sudan və Esvatini qəbul edib. Hazırda Vaşinqtonun, eyni zamanda, Anqola, Benin, Liviya və Ekvatorial Qvineya ilə oxşar sazişlərin bağlanması ilə bağlı danışıqlar apardığı deyilir.